Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

İki qəzetin lisenziyası ləğv edildi, biri müvəqqəti dayandırıldı


İranda dövlətin mediaya nəzarət təşkilatı islahatçıların iki qəzetinin lisenziyasını ləğv edib, birinin fəaliyyətini isə müvəqqəti dayandırıb.

Yarırəsmi Fars agentliyinin məlumatına görə bu gün Tehranda çap olunan gündəlik "Iran Dokht" və "Sina" qəzetlərinin lisenziyaları ləğv edilib, “Etemad” qəzetinin fəaliyyəti isə müvəqqəti dayandırlıb.

Keçən ilin iyununda keçirilən mübahisəli prezident seçkisindən sonra ölkədə müxalifətin və jurnalistlərin fəaliyyətinə kəskin məhdudiyyətlər qoyulur. Fevralın 28-də həbsdə olan altı jurnalist girov əvəzinə azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG