Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Yanukoviç də Avropaya inteqrasiyanı Ukraynanın prioriteti elan etdi


Ukraynanın yeni prezidenti Viktor Yanukoviç bu gün Brüsseldə Avropa Birliyinin rəsmiləri ilə görüşüb. O, Birliyin prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının sədri Jose Manuel Barroso və Avropa Parlamentinin sədri ilə müzakirələr aparıb.

Əsas mövzu da Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya ötürülməsinin təmin edilməsi, həmçinin də Ukrayna vətəndaşlarının 27 Avropa Birliyi ölkəsinə vizasız səyahəti barədə olub.

- Ukrayna üçün Avropaya inteqrasiya xarici siyasətin ən əsas prioritetidir.

Avropa Komissiyasının sədri Jose Manuel Barroso da bildirib ki, Ukrayna Rusiya ilə Avropa Birliyi arasında əlaqələrin genişləndirilməsində çox böyük imkanlara malikdir:

- Biz hesab etmirik ki, Ukraynanın Avropa Birliyi ilə əlaqələrini inkişaf etdirməsi eyni dərəcədə Rusiyanın əleyhinədir, yaxud da əksinə. Əslində biz hesab edirik ki, bu, əlaqələrin genişləndirilməsi üçün olduqca gərəklidir. Biz Rusiya ilə münasibətlərimizi sıxlaşdırmaq istəyirik və bu işdə Ukraynanın əvəzsiz rolu ola bilər.

Bu həftənin sonunda Yanukoviç Moskvaya səfər edib Rusiya liderləri ilə də görüşəcək.

Rusiya meylli siyasətçi kimi tanınan Yanukoviç fevralın 7-də keçirilən təkrar prezident seçkisində Baş nazir Yuliya Timoşenkonu məğlub edib. O, andiçmə mərasimindəki çıxışında bildirib ki, Rusiya ilə Avropa Birliyi arasında siyasətini tarazlaşdırmağa çalışacaq.
XS
SM
MD
LG