Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:55

“Yazıçılar Birliyində çoxluq azlığı boğmağa çalışır”


"Xalq yazıçısı Elçinin Yazıçılar Birliyindəki problemlərdən danışması heç də onun birliyin sədri olmaq iddiasından irəli gəlmir".

Bunu Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla “Milli.az” portalına müsahibəsində deyib.


- Sovet dövründə biz o qədər sətiraltı yazmağa və oxumağa öyrəşmişik ki, bu inersiyadan indinin özündə də qurtula bilmirik. Elçin nə deyibsə, elə onu deyib, burada başqa mənalar, eyhamlar axtarmağa nə ehtiyac var?

Belə çıxır ki, kim Azərbaycan ədəbiyyatından, Yazıçılar Birliyindən, onun yaxın, uzaq keçmişindən, bu günündən, gələcəyindən danışırsa, deməli, hansısa alt məqsədi var, bu adam Yazıçılar Birliyinə sədr olmaq istəyir.

Elçin ədəbiyyatımızın problemlərilə, onun ağrılarıyla yaşayan yazıçıdır, hər kəs kimi ona da fərqli münasibətlər ola bilər, amma bu, onun məqaləsindəki səmimiyyəti şübhə altına almağa əsas vermir.

Bü cür cəfəng yozumlarla ədəbiyyata xeyir vermək olmaz. Bu cür yozumlar adamlara ədəbiyyat haqqında, ümumiyyətlə, danışmamaq kompleksi aşılayır. Elçinin hansı cümləsi həqiqətdən uzaqdır?

Bəyəm qurultayın işi təkcə sədr seçməkdən ibarətdir? Aydın məsələdir ki, zaman dəyişib, bir çox vacib məsələlər var ki, qurultayda öz həllini tapmalıdır

Baş nazirin müavini olan xalq yazıçısı Elçin “525-ci qəzet”’dəki yazısında AYB-nin üzvlərinin sayının 1500 nəfər olmasının anormal adlandırmışdı, bu çoxluğun yazılan əsərlərin keyfiyyətinə mənfi təsir etdiyini bildirmişdi.

Kamal Abdulla Elçinlə razıdır.

- Bu gün Birliyin üzvlərinin sayı mindən çoxdursa, bunu normal qarşılamaq mümkün deyil.

Mən belə düşünürəm: Yazıçılar Birliyinin üzvləri aqressiv susqunluq içində olan qeyri-professional çoxluqdan və səsi elə onlar tərəfindən boğulmağa çalışılan peşəkar azlıqdan ibarətdir.

Elçin də, Anar da, Əkrəm Əylisli də, Ramiz Rövşən, Azər Mustafazadə, Rəşad Məcid, Afaq Məsud, Vaqif Bayatlı da… bu azlığın içindədirlər.

- Bəs vəziyyət necə düzələ bilər?

- Bilirsiniz, ədəbiyyat naminə nədənsə imtina etmək, nələrisə qəbul etmək lazımdır. Birliyin elə indiki rəhbərliyi də bu vəziyyəti düzəldə bilər. Bu məsələdə ömrünü ədəbiyyata həsr etmiş insanların, xoş niyyətdən çıxış edərək, ortaq qərarlar verməsi lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG