Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:02

Mən azərilərimlə fəxr edirəm


Salam, mən sizə ABŞ-ın İndiana ştatından yazıram. Mən sizin məlumatları və videoları İnternetdə nəzərdən keçirdim.

Əsgərlərimizin zəhərlənməsi haqda məlumat məni çox kədərləndirdi. Analarımız oğul böyüdüb boya başa çatdırıb sonra da onları torpağımızı qorumaq üçün əsgər göndərirlər. Təəssüflər olsun ki, dövlətimizin əsgərlərimizə bu cur qayğı göstərməkləri əsgərliyə hazırlaşan gənclərimizi qorxuya salır.

Mənim millətimə məsləhətim budur ki, bir-birimizi zəhərləyib, bir-birimizi təhqir, və bir-birimizə hörmətsizlik ədib düşmənlərimizə özümüzü güldürməyək!!! Ayıbdır!!! Bu videolara və rəsmlərə nəinki azərbaycanlılar, müxtəlif ölkələrdə yaşayan insanlar da baxırlar və təbii ki, bu vəziyyətimizə də gülürlər. Əlbəttə ki, gülərlər, çünki özümüzü gülünc vəziyyətə qoymuşuq.

Mənim öz millətimə yazığım gəlir. Sizə və millətimə BIR TƏK ALLAHDAN arzum budur ki, kaş ki, ürəyimizdə qorxudan gizlədib deyə bilmədiyimiz sözümüzü azad söyləyə biləydik:) İNŞALLAH o günü də görərik.

Ümidinizi ALLAHDAN üzməyin. ALLAH ÖZÜ bizlərə yardımçı olaydı, AMİN ALLAH.

Mən ABŞ-da yaşasam da, öz millətimlə fəxr edirəm. Onları ayaq altına vermərəm. Mən azərbaycanlıyam :) və öz millətimlə nəfəs alıram. (gunaygoja@yahoo.co.uk)
XS
SM
MD
LG