Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Gürcüstanla Rusiya arasında sərhəd-keçid məntəqəsi açılıb


«Yuxarı Lars» sərhəd-keçid məntəqəsi

«Yuxarı Lars» sərhəd-keçid məntəqəsi

Üç illik fasilədən sonra bu gün Gürcüstanla Rusiya arasında sərhəd-keçid məntəqəsi açılıb. Üç saat məntəqədən gedib-gələn olmayıb.

Rusiya və Gürcüstan vətəndaşları Rusiya və Gürcüstana gedib-gəlmək üçün viza almalıdır. Vizanı isə İsveçrənin Moskvadakı və Tbilisidəki səfirliklərindən alacaqlar.

Bu sərhədin bağlanmasında ən böyük zərbə Ermənistana dəymişdi. Çünki Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə yeganə quru yolu Gürcüstandan keçir. Rusiya ilə Gürcüstan arasındakı hava yolu isə hələ bağlıdır.

Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılıq ötən il İsveçrə və Ermənistanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra mümkün olub.

Rusiyada «Verxnıy Lars», Gürcüstanda isə «Kazbeqi» adı ilə tanınan bu sərhəd-keçid məntəqəsi Gürcüstan-Rusiya sərhədinin yeganə keçid məntəqəsidir ki, Abxaziya və Cənubi Osetiyadan keçmir.

Rusiya Qərb yönümlü Gürcüstan hökuməti ilə münasibətləri pisləşdiyinə görə 2006-cı ildən bu sərhəd-keçid məntəqəsini bağlamışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG