Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Obama bir yeşik pivə uduzub


ABŞ prezidenti Barak Obama Kanadanın baş naziri Stiven Xarperə bir yeşik pivə uduzub. İki ölkə liderinin olimpiadada xokkey turnirinin final matçında mərc gəldikləri barədə Associated Press xəbər verir.
Qızıl uğrunda mübarizədə Kanada yığması ABŞ komandasını 3-2 hesabı ilə məğlub edib.
Ağ evin mətbuat katibi Robert Qibbsin sözlərinə görə Obama mərcə Pensilvaniyada bişirilən «Yuengling» pivəsini qoyub, Xarper isə öz növbəsində 24 şüşə «Molson» markalı pivədən mərc gəlib.
Məğlub olanın qalibə pivəni nə vaxt və harada təqdim edəcəyi bildirilmir.
XS
SM
MD
LG