Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

«Torqovı»da memarlıq binasi sökülür


Şənbə günü Nizami (Torqovaya) küçəsində ikimərtəbəli memarlıq binasının sökülməsinə başlanılıb. Burada bir neçə mağaza və bank filialı yerləşirdi. Artıq onillərdir bu binada ən məşhur obyekt İsmayıllı rayonunun eyniadlı kəndinə aid «İvanovka» ərzaq mağazası idi.

Həmişə olduğu kimi, şəhər hakimiyyəti ictimaiyyətə söküntülərin səbəbi və öz planları barədə məlumat vermir. Heç kim sökülən binanın yerində nə olacağını bilmir. Bakı şəhər meriyasından şərh almaq cəhdləri nəticə verməyib.

Bu arada, son həftə ərzində Nizami küçəsindəki vəziyyət cəbhə zonasını xatırladır, burada «səngərlər» qazılıb, «barrikadalar» qurulub və fəhlələrin binalardan çəkiclə qopardığı daşlar yoldan keçənlərin başına düşür.

(«Turan»)

Günün bütün mövzuları

XS
SM
MD
LG