Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:56

«Kommunizm heç vaxt məğlub olmadı»


Vitautas Landsbergis
Vitautas Landsbergis
1990-cı ildə Litva müstəqilliyini elan edən və Sovetlər Birliyinin dağılmasında əsas rol oynayan sovet respublikası idi. 20 il keçəndən sonra Baltik ölkələri hələ də öz kommunist keçmişlərindən qurtula bilmirlər. Regionun ilk qeyri-kommunist dövlət başçısı olan Vitautas Landsbergis deyir ki, Şərqi Avropa ölkələrində sovet dövrünün cinayətlərinə olan münasibətdə yekdillik yoxdur.

V.Landsbergis hazırda Avropa Parlamentinin üzvüdür. Kommunizmin cinayətləri konfransında iştirak etmək üçün Praqaya gələn keçmiş Litva prezidenti ilə AzadlıqRadiosunun müxbiri Claire Bigg söhbət edir.

- Bir sıra keçmiş kommunist dövlətləri sırasında Litva da 90-cı illərin əvvələrində sovet keçmişinin yenidən nəzərədn keçirilməsi siyasəti həyata keçirirdi. O vaxtlar nüfuzlu kommunist liderləri ictimai fəaliyyətdən kənarlaşdırildı. Litvanın prezidenti kimi Sizin belə bir siyasətin həyata keçirilməsində rolunuz nədən ibarət olub?

V.Landsbergis: Mən prezident olanda islahatlar yenicə başlamışdı. Biz kommunizmə siyasi qiymət vermək haqda qanun qəbul etmək istəyirdik. Çexoslovakiyada qəbul olunan oxşar qanunu nümunə kimi götürüb, onu layihə formasında müzakirəyə çıxardıq. Lakin solçu qüvvələr bu qanuna ciddi müqavimət göstərdilər. Olduqca güclü müqavimət idi və hətta parlamentin bir çox mərkəzçi üzvlərini də özünə cəlb etmişdi. Onlar səs çoxluğu qazanmağa nail oldular və nəticədə belə bir qanun keçmədi. Mənim hakimiyyətdə olmağım da fayda vermədi. Parlament respublikalarının xüsusiyyəti budur, deputatları pulla ələ alıb çoxluq yaratmaq olur.

- Kim idi onlara pul verən?


V.Landsbergis: Keçmiş rejimi təmsil edən qüvvələr.

- Demək istəyirsiz ki, indinin özündə də Litvada kommunist rejiminin cinyaətlərinə münasibət birmənalı deyil?

V.Landsbergis: Yox. Kommuniszmin irsi məsələsi ətrafında konsensus əldə etmək mümkün deyil. Hətta indinin özündə bu məsələdə fikir ayrılığı var, çox dərin fikir ayrılığı.

- Sovet dövrünün siyasətçiləri, o vaxtın prokurorları, xüsusi xidmət orqanlarının işçiləri indi hardadırlar? Onlar hələ də Litvanın siyasiətinə təsir edirlər, yoxsa ictimai həyatdan kənarlaşdırılıblar?

V.Landsbergis: Biz onların fəaliyyətini bir qədər məhdudlaşdırdıq, amma qanunlarda olan boşluqlar onlara imkan verir ki, məhdudiyyət qaydalarından yan keçsinlər.

- 2-ci Dünya Müharibəsindən sonra nasist liderləri üzərində Nürnberq məhkəməsi keçirildi, Sizcə kommunist rəhbərlərinin buna bənzər mühakiməsi niyə baş vermədi?

V.Landsbergis: Çünki kommunist olkələrində kommunizm heç vaxt məğlub olmadı. Onların öz keçmişlərindən təmizlənməyə, tövbə etməyə heç bir istəkləri yox idi.

- Belə bir məhkəmə olsaydı, Sizcə, bunun Litva və regionun digər ölkələrinə kommunist keçmişindən təmizlənməyə köməyi olardı?


V.Landsbergis: Bu məsələnin şəxsiyyətlərə aidiyyatı yoxdur, bu, ədalət məsələsidir. Əgər bu məsələ öz ədalətli həllini tapmırsa, insanlar ümumiyyətlə ədalətə inanmırlar. Onlar demokratiyaya da inanmırlar. Çünki görürlər ki, eyni adamlar yenə də hakimiyyətdə oturub, yenə də böyük siyasi nüfuz daşıyıcılarıdırlar.

- Yenidən 90-cı illərə, post-kommunist Litvasına qayıtsaydınız, prezident kimi hansı fərqli addımları atardınız?

V.Landsbergis: Mən siyasi korrupsiyanın yeni və incə formalarına daha ehtiyyatla yanaşardım. Mən ümumilikdə insanların dürüstlüyünə inanirdım. Mənim bu həddən artıq inamıma heç də hamı layiq deyilmiş.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG