Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:55

Əks-kəşfiyyat döyüş maşını alınmasında korrupsiya olub-olmadığını araşdıracaq


Avstriya istehsalı olan piyadaların döyüş maşını - Pandur II 8x8 - Piyadaların döyüş maşını

Avstriya istehsalı olan piyadaların döyüş maşını - Pandur II 8x8 - Piyadaların döyüş maşını

Çex Respublikasının Baş naziri Yan Fişer əks-kəşfiyyat idarəsi BİS-ə müraciət edərək orduda korrupsiya qalmaqalını araşdırmağı tələb edəcək. Yerli qəzetlərin yazdığına görə Avstriyanin Steyr firmasından Pandur adlı piyadaların döyüş maşını alınmasında korrupsiya iddiaları ortaya çıxıb.

Baş nazir bildirir ki, polis və başqa qurumların bu işi müstəqil araşdıracaqlarına əmindir. Amma yenə də gizli xidmətin informasiyalarının bu işdə yaralı ola biləcəyini düşünür.

Keçən həftə gündəlik “Mlada fronta Dnes” qəzeti Steyr şirkətinin iki keçmiş menecerinin gizli müzakirəsinin məzmununu çap edib. Onlar Çexiyanın siyasi partiyalarının nümayəndələrinə ödənişləri müzakirə edirdilər.

Müzakirədə nüfuzlu adamların, o cümlədən də Sosial Demokrat Partiyasından keçmiş Baş nazir Stanislav Qrossun, keçmiş Müdafiə naziri Karel Kuehnl (Həmkarlar İttifaqı), indiki Müdafiə naziri Martin Bartakın adlarını çəkirlər. Bu adamların hamısı korrupsiya ittihamlarını rədd ediblər.

Çex Respublikasının Baş naziri Yan Fişer


Məsələni Çex Respublikasında xüsusi polis komandası avstriyalı həmkarları ilə birlikdə araşdırırlar.

Bundan əvvəl də çex polisi 2006-cı ildə həmin şirkətlə alqı-satqı müqavilələrini yoxlayıb. Amma o sonradan polis işi bağlayıb.

2006-cı ildə Çexiya ordusunun keçirdiyi tenderi Avstriyanın Steyr şirkəti qazanıb. O zaman Çexiyanın Müdafiə Nazirliyi 23.5 milyard krona (o dövrün kursu ilə 866 milyon dollra) həmin firmadan 199 belə maşın alıb. (Maşının hər biri təxminən 4.3 milyon dollar.)

2007-ci ildə Çexiyada yeni koalisiya hökuməti Pandurs maşınlarının hərbi sınaqlardan yaxşı çıxmadığını əsas gətirərək bu müqaviləni ləğv edib.

Uzun sürən danışıqlardan sonra 2009-cu ilin martında Steyr yenidən 107 döyüş maşını satmaq üçün Çexiyanın Müdafiə Nazirliyi ilə 14.4 milyard kron (757 milyon dollar) dəyərində müqavilə imzalayıb. (Maşının hər biri təxminən 7 milyon dollar.)

ŞƏKİLLƏR
Avstriya şirkətinin istehsal etdiyi Pandur piyadaların döyüş maşının son modelləri (Pandur II 8x8)

Pandur II 8x8
Pandur II 8x8
XS
SM
MD
LG