Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:05

Kolumbiyada məhkəmə prezidentin qarşısını kəsdi


Kolumbiyanın Konstitusiya məhkəməsi prezident Alvaro Uribenin 3-cü dəfə prezidentlik uğrunda mübarizə aparmasına yol açan referendumun keçirilməsinə icazə verməyib.

Ölkə parlamenti bundan əvvəl belə bir təklifi qəbul eləsə də, onun qüvvəyə minməsi üçün ölkədə referendum keçirilməli idi.

Amma Konstitusiya məhkəməsi bunun qanuna zidd olduğunu bildirib.

Bu il prezidentlik müddəti bitən Uribe məhkəmənin qərarına tabe olduğunu bildirib.

Narkobiznes və solçu qiyamşılara qarşı mübarizəyə görə Alvaro Uribenin ölkədə nüfuzu böyükdür.
XS
SM
MD
LG