Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Olimpiyadada rekordlar təzələnə bilər


Kanada ilə Birləşmiş Ştatlar Vankuverdə keçirilən qış Olimpiya oyunlarında qızıl və ümumi medalların sayına görə rekordları təzələyə bilərlər.

Kanada indiyədək 13 1ızıl medal qazanıb ki, bu 1976-cı ildə keçmiş Sovet İttifaqı, 2002-də isə Norveçin əldə etdiyi uğurla eynidir.

Və əgər Kanada hokkeyçiləri bazar günü Birləşmiş Ştatlarla final oyununda qələbə çalsa bu rekord təzələnəcək.

Birləşmiş Ştatlar isə ümumilikdə Olimpiyadada 36 medal qazanıb ki, bu 2002-ci ildə Almaniyanın əldə etdiyi uğurla eynidir və beləliklə ABŞ –da bu rekordi təzələyə bilər.

Son nəticələrə görə Kanada indiyədək 13 qızıl, 7 gümüş və 6 bürünc, Almaniya 10 qızıl, 12 gümüş və 7 brünc, Birləşmiş Ştatlar isə 9 qızıl, 14 gümüş və 13 brünc medal qazanıb.

Rusiya isə 3 qızıl, 5 gümüş və 7 brünclə 11-ci yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG