Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:35

Tacikistanda parlament seçkiləri keçirilir


Tacikistanda parlament və bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə yerli vaxtla artıq saat 13-dək seçkidə 51 faizdən çox seçici iştirak edib və seçkini baş tutmuş hesab eləmək olar.

Seçkidə qeydiyyatdan keçmiş 8 partiya iştirak edir.

Namizədlərin çoxu-62-si prezident İmaməli Rəhmanın Xalq Demokrat partiyasından irəli sürülüb.

Həmçinin prezidentin 23 yaşlı oğlu Rüstəm Düşənbə şəhər şurası uğrunda mübarizə aparır.

Müxalifətdə olan İslam Dirçəliş partiyası seçkidə qanun pozuntularına yol verildiyini xəbər verir.

Partiyanın lideri Muxiddin Kabiri bir nəfərin bir neçə dəfə səs verməsi kimi hallar qeydə alındığını və partiyadan olan müşahidəçilərin çəkiliş aparmasına imkan verilmədiyini deyir.

Seçkinin gedişini ATƏT-dən 200-ə yaxın müşahidəçi izləyir.

Qərbdən olan müşahidəçilər heç vaxt Tacikistanda keçirilmiş seçkiləri azad və ədalətli saymayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG