Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

«Siyasi rəqiblər zorakı metodlarla sıradan çıxarılır»


Fuad Qəhrəmanlı və Aynur Camalqızı

Fuad Qəhrəmanlı və Aynur Camalqızı

«Panorama» verilişində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və millət vəkili Aynur Camalqızı həftənin yadda qalan hadisələrini dəyərləndiriblər.

Bənənyar hadisələri vaxtı həbs edilən AXCP Culfa rayon təşkilatının sədri Rza Nuriyevin ölümünün səbəblərinə toxunan Fuad Qəhrəmanlı bunları deyib:

«Siyasi rəqiblər zorakı metodlarla sıradan çıxarılır. Bu da Azərbaycanda demokratik mübarizənin gələcəyini təhlükə altına atır. Onun ailə üzvlərinin deməsinə görə, həbsdə olarkən Rza Nuriyev işgəncəylə üzləşib, o, iki gün soyundurulub qarın üstündə saxlanıb. Bu isə bizə əsas verir ki, onun ölümünü siyasi qətl adlandıraq».

Millət vəkili Aynur Camalqızı isə deyir ki, hüquq-mühafizə orqanlarının Rza Nuriyevin ölümünün səbəblərini araşdırmasına ehtiyac var:

«Məncə, bu məsələlər bir qədər şişirdilir. Azərbaycanda siyasi rəqiblərə belə amansız münasibət olsaydı, heç Fuad Qəhrəmanlı burada bu fikirləri səsləndirə bilməzdi. Əslində, heç Azərbaycanda müxalifətlə hakimiyyət arasında mübarizə yoxdur. Müxalifət heç elə də güclü deyil».

Qonaqlar ombudsman seçkisi ilə bağlı parlamentdə gedən müzakirələrə də toxunublar.

Fuad Qəhrəmanlı:

«Hakimiyyətə kim lazımdırsa, o, da ombudsman təyin ediləcək. Ombudsman Aparatı indiyə qədər bir dəfə də olsun işgəncə hallarına toxunmayıb, jurnalist həbslərini pisləməyib. Çünki o, hakimiyyətin yürütdüyü siyasəti müdafiə edir. Əks halda, onun fəaliyyəti hakimiyyətin fəaliyyəti ilə ziddiyyət təşkil edər».

Aynur Camalqızı:

«Ombudsman Elmira Süleymanova bir neçə dəfə parlamentdə hesabat verib. Bizim də narahatlığımız ondadır ki, bu hesabatlarda hüquq pozuntuları ilə bağlı heç vaxt konkretlik olmayıb. Konkret adlar çəkilməyib. Ancaq ümid edirik ki, növbəti ombudsman öz fəaliyyətini daha müasir tələblərə uyğun quracaq…».

Şərhləri göstər

XS
SM
MD
LG