Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Herta Müllerin ərini güdmüş keçmiş casus işdən çıxarıldı


Herta Müller

Herta Müller

Almaniyanın Oppenhaym şəhərində keçiriləcək teatr festivalının direktoru, yazıçı Peter Grosz işdən azad edilib.

Buna səbəb onun 1970-ci illərdə Rumıniyada təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməsinin üzə çıxmasıdır.

Oppenhaym şəhər şurası yekdilliklə keçmiş casusun daha “direktorluq vəzifəsinə uyğun gəlməməsi” haqda qərar qəbul edib.

Milliyyətcə alman olan Grosz Rumıniyada anadan olub. Keçən həftə o kommunist Rumıniyasının təhlükəsizlik orqanı – Securitate ilə əməkdaşlıq etdiyini boynuna alıb.

Onun güdüb barəsində məlumat topladığı yazıçı həmkarları arasında Richard Wagner (2009-cu ildə Nobel mükafatına layiq görülmüş yazıçı Herta Müllerin keçmiş əri) də var.

Herta Müller və onun keşmiş əri də əslən Rumıniyadan olan almanlardır.

Grosz festival direktorluğuna keçən ilin oktyabrında gətirilmişdi.

Bəziləri hətta bu qalmaqalın Oppenhaym festivalının bu il baş tutacağını şübhə altına aldığını da söyləyir.

Festival 21 ildi keçirilir və minlərlə teatr həvəskarının şəhərə axışmasına səbəb olur.

Grosz deyib ki, Securitate ona təzyiq göstərərək əməkdaşlığa cəlb edib.

Grosz 1977-ci ildə Rumıniyadan Almaniyaya köçüb.

O daim gənc yazıçılara və aktyorlara kömək edib.

Grosz hazırda Maynts şəhərində müəllim işləyir.

Oppenhaymın meri Markus Held deyib ki, onlar yazıçının Securitate ilə əməkdaşlığına qiymət verməyiblər, sadəcə yazıçının öz keşmişi ilə bağlı məlumatları uzun müddət gizli saxlamasından məyus olublar.

Həmçinin oxu!

Herta Müller hökuməti casusları tapmağa çağırır

Günün bütün mövzuları

XS
SM
MD
LG