Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

Yunanıstan dünya ölkələrindən kömək istəyir


Yunanıstanın baş naziri Georgi Papandreu ölkədə yaranmış borc böhranını müzakirə etmək üçüç ABŞ və Almnaiya liderlərilə görüşmək fikrindədir.

Rəsmilərin məlumatına görə Papandreu martın 5-də Berlində kansler Angela Merkel, martın 9-da isə Vaşinqtonda prezident Barak Obama ilə görüşməlidir.

Obama, Merkel və Böyük Britaniyanın baş naziri Gordon Braun dünən telefonla Yunanıstanda yaranmış böhranı müzakirə ediblər.

Həmçinin Yunanıstanın baş naziri dünən Almaniyanınj ən böyük bankı olan Deutsche Bank-ın rəhbəri ilə görüşüb.

Yunanıstandakı maliyyə böhranı avronun sabitliyini əngəlləyib, avronun dolla nisbətdə məzənnəsi düşməyə başlayıb.

Yunanıstan hökumətinin görmək istədiyi iqtisadi tədbirlər ölkədə tətil və etiraz aksiyaları ilə qarşılandı.

Bu tədbirlərdə hökumət sektorunda maaşların dondurulması, veriglərin artırılması və pensiyaya çıxmaq üçün yaş həddinin artırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG