Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32
Gürcü rejissoru Qeorqiy Toradze 1927-ci ildə Azərbaycan mühacir ədəbiyyatının nümayəndəsi Məhəmməd Əsəd bəy tərəfindən Qurban Səid imzası ilə yazılan məşhur “Əli və Nino” romanının yaranma tarixi haqqında sənədli televiziya filmi çəkmək qərarına gəlib.

Lent.az-ın “Qruziya Onlayn” saytına istinadən verdiyi məlumata görə, filmin layihəsi prodüseri Qeorqiy Sturua tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

Rejissor Q.Toradzenin sözlərinə görə, filmin təbii alınması üçün ssenari müəllifi və rəssamın azərbaycanlı olması lazımdır:

“Ən əsası isə vətənini çox sevən Əli obrazını azərbaycanlı aktyor, Ninonu isə gürcü aktrisası canlandırmalıdır. Filmin çəkilişləri Azərbaycanda və xaricdə aparılacaq. Sənədli faktlar əsasında Əli və Ninonun böyük məhəbbətini göstərməyə çalışacağam.

Filmdə I dünya müharibəsi zamanı Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, XI Qızıl Ordunun ölkəyə soxulması ilə bağlı epizodlar da yer alacaq. Bundan başqa mən filmin Azərbaycan dilində olmasını düşünürəm”.

Film tam hazır olandan sonra rejissoru bu ekran əsərini beynəlxalq kinofestivallara da təqdim etməyi planlaşdırır.

Lent.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG