Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:16

ABŞ-da Xocalı faciəsinin qurbanları yad edilib


Xocalı qırğınının növbəti ildönümü ilə əlaqədar Ermənistanın Nyu-Yorkdakı diplomatik nümayəndəliyi qarşısında piket keçirilib.

Aksiyanı ABŞ-kı Azərbaycan və türk icmasının üzvləri təşkil edib.

Aksiyaçılar Xocalı faciəsi qurbanlarını əks etdirən şəkil və plakatlar nümayiş etdirib, bəyanatlar səsləndiriblər.

Azərbaycan Nyu-York Assosiasiyasının sədri Əli Nəsibovun sözlərinə görə, aksiyaya Nyu-Yorkdakı Ukrayna cəmiyyətinin nümayəndələri də qoşulub.

Vaşinqtonda toplaşan azərbaycanlılar isə erməni işğalına son qoymağa çağırıb, 1992-ci ilin fevralında erməni və keçmiş SSRİ-nin 366-cı alayının silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş günahsız xocalı sakinləri barədə vərəqələr yayıblar.
XS
SM
MD
LG