Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

Kosmosdan gələn öldürücü bakteriya


Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilə

Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilə

Bu, hansısa mifik hekayə deyil. Bu, Amerika Milli Elmlər Akademiyası jurnalında dərc olunmuş yeni bir tədqiqat materialının mövzusudur.

Bakteriyanın adı «Salmonella»dır. Qida zəhərlənməsinə səbəb olan bakteriyadır. 2006-cı ilin sonunda Amerika astronavtları bu bakteriyanın nümunələrini kosmosa aparıblar.

«Salmonella» ştammı kosmosa süsə qabda aparılıb. Onu ekipaj üzvlərinin sağlamlığı üçün təhlükə yaratmaması üçün xüsusi bir konteynerin içinə qoyubmuşlar. Sən demə, qapalı şəraitdə belə bakteriya 12 günlük kosmik səyahət vaxtı mutasiya edə bilirmiş. Yerə qayıdandan sonra bakteriyanın hər iki ştammından – həm kosmik səyahətdən qayıdan, həm də yerdə qalan ştammından olan nümunələr laboratoriya şəraitində siçan üzərində sınaqdan keçirilib. Məlum olub ki, kosmik səyahətdən qayıdan bakteriyanın öldürücü qabiliyyəti yerdəkinə nisbətən 3 dəfə çox olub.

Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilər. Astronavtların infeksiyaya yoluxmamaları üçün böyük təhlükəsizlik tədbirləri görülsə də, insan orqanizmini tamamilə dezinfeksiya etmək çox çətindir. Bəlkə də qeyri-mümkündür.

Üstəlik məlumdur ki, kosmosda insanın immun sistemi zəifləyir.

Araşdırmanın müəllifi Arizona Dövlət Universitetinin professoru Çerl Nikersondur. O deyir ki, alimlər bu bakteriyanın öldürücülük qabiliyyətinin artmasına səbəb olan əsas proteinin ayrılması istiqamətində araşdırma aparırlar. Bunu edə bilsələr, astronavtların həyatı daha təhlükəsiz olar.

Tədqiqatçılar həm də ümid edirlər ki, həmin proteini ayırmaq mümkün olsa, bu, infeksion xəstəliklərin müalicəsi və qarşısının alınmasının yeni üsullarına da imkan yarada bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG