Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Sumqayıtda qadağan olunmuş dini ədəbiyyat satan şəxs saxlanılıb


«Rəsulallah» mağazasında axtarış aparılıb

«Rəsulallah» mağazasında axtarış aparılıb

Sumqayıtda qadağan olunmuş dini ədəbiyyatların satışı ilə məşğul olan mağaza sahibi polis tərəfindən saxlanılıb.

Bu barədə «APA»ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini Asif İsmayılova məxsus «Rəsulallah» mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan 125 ədəd yayılması qadağan olunmuş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Mağaza sahibi A. İsmayılov isə polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG