Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:41

Bir avro bir dollara qədər düşə bilər


“Wall Street Jorunal” məlumat verir ki, əsas investisiya fondları avronun qarşıdakı həftələrdə dollara nisbətən dəyərini kəskin itirəcəyini gözləyirlər.

Əsas səbəb kimi də Yunanıstanda borc böhranı, Portuqaliya və İspaniyada iri büdcə kəsirləri göstərilir.

Dekabrdan bəri 1 avro 1.51 dollardan 1.35 dollara qədər dəyər itirib.

“Wall Street Jorunal” yazır ki, bəzi maliyyə spekulyasiyaları ilə hətta 1 avro 1 dollara qədər düşə bilər.

Keçən həftə maliyyətçi milyarder Corc Soros da xəbərdarlıq edib ki, Avropa Birliyi özünün maliyyə problemlərini həll edə bilmir.

Almaniya kansleri Angela Merkel də bildirib ki, avro 1999-cu ildə dövriyyəyə buraxılandan bəri ən çətin böhranla üz-üzə qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG