Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:51

Keçmiş zabit Rusiya kəşfiyyatına işləmək ittihamı ilə azadlıqdan məhrum edildi


Fevralın 26-ı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlətə xəyanətdə təqsirli bilinən sabiq hərbi qulluqçu Ruslan Əlixanovun məhkəməsi başa çatıb.

İttihama görə, Ruslan Əlixanov 1992-ci ildən 2005-ci ilədək Azərbaycan Ordusunda hərbi xidmətdə olub. Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rabitə bölmələrində müxtəlif vəzifələrdə, o cümlədən xidmət rəisi vəzifəsində çalışıb. O, 1994-cü ildən başlayaraq Azərbaycanda dövlət əhəmiyyətli sirləri Rusiya kəşfiyyatına ötürüb. Həmin sirlər Azərbaycan hərbi hissələrinin dislokasiya yeri, radiolokasiya sisteminin vəziyyəti ilə bağlı olub.

Məhkəmənin hökmü ilə Ruslan Əlixanov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG