Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

AzərTAcın əməkdaşlarına orden, medal və fəxri adlar verilib


Bu gün AzərTac-ın 90 illik yubileyi ilə əlaqədar prezident bu agentliyin əməkdaşlarının orden, medal və fəxri adlarla təltif edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Teleqraf Agentliyinin (AzərTac-ın) baş direktoru Aslan Aslanov 3-cü dərəcəli «Vətənə Xidmətə görə» ordeni ilə təltif olunub.

Elmira Əliyevaya isə Kütləvi İnformasiya Vasitələrinin inkişafında göstərdiyi böyük xidmətlərə görə, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilib.

AzərTac-ın 9 nəfər əməkdaşı isə Kütləvi İnformasiya Vasitələrinin inkişafında göstərdikləri xidmətə görə «Tərəqqi» medalı ilə təltif olunublar.

AzərTac-ın 8 nəfər əməkdaşlarına isə Azərbaycan Respublikasının fəxri adları verilib. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafındakı xidmətlərinə görə, AzərTacın 2 əməkdaşı əməkdar jurnalist, 5 nəfər əməkdaşı Əməkdar Mədəniyyət İşçisi, bir əməkdaşı Əməkdar Mühəndis adına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG