Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

ABŞ və Avropa Birliyi Qəddafini tənqid edirlər


ABŞ və Abropa Birliyi İsveçrəyə qarşı cihad çağırışlarına görə Liviya lideri Müəmmar Qəddafini tənqid ediblər. Dünən Qəddafi dünya müsəlmanlarını yaşadıqları ölkələrdə İsveçrə təyyarələrini və mallarını boykot etməyə çağırmışdı:
- Bütün müsəlmanlar İsveçrəni boykot etməlidirlər. Müsəlmanlar ölkələrinin hava limanlarına gedib İsveçrə təyyarələrinin ora enməsinə, dəniz limanların gedib gəmilərinin dayanmasına, mağazalarına gedib mallarının satılmasına imkan verməməlidir.

BMT-nin Baş Direktoru Sergey Orconikidze bu gün bildirib ki, bir dövlət başçısının bu cür çağırışları yolverilməzdir.

Qəddafi 2008-ci ildən İsveçrə ilə münasibətləri gərginləşdirib. Həmin ilin iyulunda onun oğlu Hannibal və arvadı İsveçrədə qısa müddətə həbs olunmuşdu. İki isveçrəli Hanniballa arvadının onlarla pis davranışından şikayət etmişdi. Bunun ardınca Liviyada da iki İsveçrə iş adamının pasportu əllərindən alınmışdı.
XS
SM
MD
LG