Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:26

Evləri yararsız olan sakinlərə yeni bina tikiləcək


Daşkəsəndə təbii fəlakət nəticəsində evləri yararsız hala düşən sakinlər üçün yeni binanın tikintisi planlaşdırılır.

Bu barədə məlumatı AzadliqRadiosuna Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev verib.
Onun sözlərinə görə, hazırda layihə-smeta sənədləri hazırlanır.

Cavanşir Qocayev deyir ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən rayondakı təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən evlərin siyahısı hazırlanacaq. Daha sonra vəziyyəti qəzalı olan evlərin sakinləri yeni binada mənzillə təmin olunacaqlar.

C. Qocayev 2 mərtəbədən 16 mənzildən ibarət binanın tikintisinə maliyyə vəsaiti ayrıldıqdan sonra binanın tikintisinə başlanılacağını bildirdi.
XS
SM
MD
LG