Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

Tomas Hammarberq Azərbaycana gəlir


Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq martın 1-də Azərbaycana gələcək. Səfər beş gün çəkəcək.

Avropa Şurasının Bakı ofisindən verilən məlumata görə, səfər zamanı media azadlığı, ədliyyə sistemi, hüquq-mühafizə əməkdaşlarının davranışı və qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazası diqqət mərkəzində olacaq.

Hammerberq Azərbaycan prezidenti İlham Əliyevlə, xarici işlər, ədliyyə və daxili işlər nazirləri, baş prokuror və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşəcək. Ombudsman və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşlər planlaşdırılır.

Komissar insan hüquqlarına aidiyyəti olan bəzi yerlərə və müəssisələrə baş çəkəcək. Hammerberqin Naxçıvan Muxtar Respublikasına səfəri də planlaşdırır.

Martın 5-də o Avropa Şurasının Bakı Ofisində səfərin yekunlarıyla bağlı mətbuat konfransı keçiriləcək.

Bu, Hammerberqin Avropa Şurası İnsan Hüquqları Komissarı vəzifəsində fəaliyyətə başladığı vaxtdan Azərbaycana ikinci səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG