Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10
Rusiyanın «RBK» İnformasiya Agentliyi Azərbaycan Respublikasını prezidenti İlham Əliyevi 2009-cu ilin personası seçib.

Fevralın 25-də Kremldə «İlin Personası» beynəlxalq mükafatının laureatları təltif edilib.

«RBK» Agentliyinin verdiyi açıqlamaya görə, «İlin Personası» mükafatı il ərzində ölkənin dövlət, ictimai, siyasi maraqları baxımından özünü daha parlaq göstərən şəxslərə verilir.

Laureatlar biznes, ictimai-siyasi, mədəniyyət və s. müxtəlif sferalarda fəaliyyət göstərənlər arasında seçilir.

«İlin Personası» laureatları arasında prezident İlham Əliyevlə yanaşı, Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov, artist Armen Cigаrxanyan, rejissor Qalina Bolçek, akademik Leo Bokeriya da var.

Şərhləri göstər

XS
SM
MD
LG