Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Tarkan tutuldu


İstanbul polisinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları Türkiyənin məşhur pop müğənnisi Tarkanı saxlayıblar.

Doğan Haber Ajansının yaydığı məlıumata görə, texniki və fiziki izləmələrdən sonra fevralın 25-də müğənninin İstanbul Ömərlidəki bağ evində axtarış aparılıb və xeyli miqdarda kokain tapılıb. Müğənni tutularaq İstanbul Polis İdarəsinə gətirilib.

Araşdırma zamanı bir keçmiş millət vəkilinin və bir iş adamının övladları da həbs edilib.
Hazırda saxlananlar dindirilir.

38 yaşlı Tarkan 1991-ci ildən Türkiyədə məşhurlaşıb. O, Türkiyənin bütün dünyada tanınan müğənnilərindəndir.
XS
SM
MD
LG