Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

Bu gün Azərbaycanda Xocalı faciəsinin 18-ci ildönümü qeyd olunur


1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib. 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Xocalı faciəsi hər il Bakıdakı Ana Fəryadı heykəlinin qarşısında qeyd olunur.

Azərbaycan Hərbi Prokurorluğu Xocalı faciəsinin törətməkdə ittiham olunan 38 nəfərdən ibarət siyahını beynəlxalq axtarış elan edilməsi üçün İnterpolun Milli Bürosuna təqdim edib. Bu siyahıda Xankəndində yerləşən 366-cı alayın zabitləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qarabağın erməni milliyətindən olan sakinlərinin adları var.

XS
SM
MD
LG