Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:18

Satirik şair Azərbaycandan gedir, amma...


Mirzə Sakit həbsdən azad edilərkən. 9 aprel 2009

Mirzə Sakit həbsdən azad edilərkən. 9 aprel 2009

Keçən ilin aprelində həbsdən azad edilmiş satirik şair Mirzə Sakit Almaniyaya dəvət alıb.

O, növbəti 12 ayı burada keçirəcək.

“Dəvət Hamburq Siyasi Məhbusların Müdafiəsi Cəmiyyətindən gəlib” - deyə Mirzə Sakit "Turan"ın müxbiri ilə söhbətində bildirib.

“Bu gün səfirlikdən viza aldım və martın 10-da Hamburqa yola düşməyi nəzərdə tuturam”.

Onun sözlərinə görə, bu ölkədə qalmaq üçün bütün xərcləri Almaniya tərəfi öz üzərinə götürür və ona aylıq təqaüd ödəyəcək.

“Bu vaxtı öz kitablarımın və şeirlərimin alman dilinə tərcümə edilərək dərc edilməsinə sərf etmək istəyirəm.

Bundan başqa, Azərbaycanın siyasi həyatı haqqında yeni kitab yazmaq istəyirəm”, deyə satirik bildirib.

Necə oldu ki, belə bir təklif aldınız?

Bu sala cavabda satirik şair adının xaricdə tanınması üçün əlindən gələni edən hüquq müdafiəçilərinin rolunu vurğulayıb.

“Mən həbsdə olarkən hüquqlarımın müdafiəsi uğrunda uzun müddət və israrla mübarizə aparan hər kəsə minnətdaram.

Mənə belə bir dəstək və qayğı göstərmək imkanı tapan Almaniya tərəfinə xüsusi minnətdarlığımı bildirirəm”, - deyə Sakit qeyd edib.

AzadlıqRadiosuna açıqlamasında satirik şair deyib ki, bunu Almaniyaya köçməsi kimi anlamaq lazım deyil, ailəsi Azərbaycanda qalacaq, bir ildən sonra isə o, Vətənə qayıdacaq.

"Mənim 51 yaşım, bundan sonra hara köçürəm.

Sadəcə, həbsdən çıxandan sonra müalicəyə ehtiyacım yaranıb, bundan başqa Almaniyada yaradıcı planlarımı reallaşdırmağa çalışacam, bir də istəyirəm ki, bu qarışıq mühitdən bir müddət ayrılım, beynim bir qədər sakitləşsin".

Mirzə Sakit 2006-cı ilin yayında narkotik saxlama və istifadə etmə ittihamı ilə saxlanılıb və 3 il azadlıqdan məhrum edilib.

Lakin beynəlxalq hüquq müdafiə təşkilatları onun onun həbsinin əsl səbəbi hökuməti, onun daxili və xarici siyasəini kəskin tənqid edən satirik şeirləridir. O, 2009-cu ilin aprelində azadlığa çıxıb.

Şərhləri göstər

XS
SM
MD
LG