Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:28

«Azərbaycan xalqı həmişə çığırıb, amma səsini eşidən yoxdur»


Şamil Sabiroğlu və Əkbər Rüstəmov
Şamil Sabiroğlu və Əkbər Rüstəmov
Fevralın 25-i «İşdən sonra»da Xocalı həqiqətlərindən danışılıb. Hadisələrin şahidi olan Əkbər Rüstəmov gördüklərindən söz açıb:

- Hər yerdən əlacı kəsilmiş insanlar rayonda qalmışdılar. Bu insanların çıxış yolu yox idi. Qadınların ayaqlarından vurmuşdular. Onlar taxıl zəmisində qalmışdılar. Biz gecə ilə ora girdik, sürüyə-sürüyə gətirib dağın yanındakı məntəqəyə qoyurduq. Oradan da onları Ağdama - xəstəxanaya aparırdılar. Elə insanlar var idi ki, bədəninin yarısı yox idi, çıxarmaq mümkün deyildi.

«Xocalı soyqırımını tanıma» İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə deyir ki, onların beş təklif və tələbləri var:

- Bizim təşkilatımız 2 ildir yaranıb. Biz Prezident Adminstrasiyasına, Milli Məclisə beş təklif və tələb vermişik. Xocalı hadisəsinə Heydər Əliyev dövründə hüquqi qiymət verilib, amma məhkəmədə məsələ öz təsdiqini tapmayıb. Bu iş həll olunmalıdır. Bundan başqa, 26 fevral matəm günü elan edilməli və qeyri-iş günü olmalıdır. Üçüncü təklifimiz odur ki, xocalılara müəyyən status verilməlidir. Şəhidlər Xiyabanında Xocalı muzeyi yaradılmalıdır. Sonuncu təklifimiz isə odur ki, Koçaryan, Sarkisyan, Ohanyan və digərləri haqqında toplanmış material Avropa İnsan Haqları Məhkəməsinə göndərilsin.

«Bəs niyə bu məsələlər indiyə qədər öz həllini tapmayıb» sualına isə qonaqlar belə cavab veriblər:

ŞAMİL SABİROĞLU:

- Son iki-üç il ərzində böyük işlər görülür. Əminəm ki, Prezident Adminstrasiyasında müəyyən otaqlarda bu söhbətlər gedir. Milli Məclisdə müzakirə getməlidir. Əminik ki, istər prezident, istər digərləri heç vaxt səhvə yol verməz.

ƏKBƏR RÜSTƏMOV:

- Elə məqamlar olur ki, ona zaman lazımdır. Biz hələ 88–ci illə bağlı danışırıq, bizi eşidən olmur. Azərbaycan xalqı həmişə çığırıb, amma səsini eşidən yoxdur.

AUDİONU DİNLƏYİN
XS
SM
MD
LG