Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:25

Türkiyə rəhbərliyi ölkədəki vəziyyəti müzakirə edib


Türkiyə rəhbərliyi hərbi cevirilşə cəhdlə bağlı ölkədə yaranmış vəziyyəti müzakirə ediblər.

Prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və baş qərargah rəisi İlker Basburq 3 saatlıq görüşdən sonra birgə bəyanat yayıblar.

Bəyanatda məsələnin araşdırılacağı və cavabdehlərin qanun çərçivəsində məsuliyyətə cəlb olunacağı bildirilir.

Türkiyədə daha 8 zabitə qarşı dövlət çevrilişinə hazırlıqla bağlı ittiham irəli sürülüb.

Beş admiral və iki general da daxil olmaqla, indiyədək təxminən 20 zabitə qarşı eyni ittiham irəli sürülüb.

Həftənin əvvəllərində Türkiyədə eyni ittihamla 50-ə yaxın zabit saxıanıb.

Onlar əsasən 2003-cü ildə dövlət çevirilişi etmək üçün, ölkədə qarışıqlıq salmaq və partlayışlar törətməyə cəhddə ittiham olunurlar.
XS
SM
MD
LG