Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:21

İndi də 4-сü nəsil gəlir


Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 4G texnologiyasının digər ölkələrdə tətbiqi öyrənilir. Bunu Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, bütün yeni texnologiyalar, o cümlədən 4G Azərbaycanda tətbiq olunacaq.

Hazırda ölkədə 3G texnologiyası əsasında xidmətlər göstərilir. Azərbaycanın mobil rabitə operatorlarından biri «Azerfon» MMC-yə bu cür xidmətlərin təqdim olunmasına lisenziya verilib.

4G – yüksək sürətli məlumat ötürülmə və səsli rabitənin keyfiyyətinin artırılması ilə səciyyələnən dördüncü nəsil mobil rabitədir. Buraya əsasən məlumatı hərəkətdə olan abunəçi üçün saniyədə 100 Mbit, stasionar abunəçi üçün isə 1 Gbit sürətindən artıq məlumat ötürmək imkanı verən perspektiv texnologiyalar aid edilir.

4G texnologiyası abunəçilərə mobil telefon vasitəsilə çoxkanallı teletranslyasiyalara baxmaq və məişət texnikasını idarə etmək, eləcə də ucuz qiymətə beynəlxalq zənglər həyata keçirmək imkanı verir. /ANSPRESS/

Günün bütün mövzuları

XS
SM
MD
LG