Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:10

Xocalı soyqırımında 38 nəfərin adı hallanır


Hərbi prokurorluq Xocalı soyqırımında şübhəli bilinən 38 nəfərin adını açıqlayıb. Ermənistanın keçmiş müdafiə naziri də onların arasındadır. Bu adamlar «İnterpol»un axtarış siyahısındadırlar.

«Təəssüflər olsun ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və sabiq prezident Robert Köçəryanın adları siyahıda yoxdur».

Bunu fevralın 25-də Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun sədr müavini Eldar Səmədov deyib. O, bildirib ki, Milli Təhlükəsizlik nazirliyi bu məsələ üzərində işləyir.

İşçi Qrupun məlumatına görə Xocalı soyqırımı zamanı 190-dan artıq adam itkin düşüb. 286 nəfər Xocalı şəhərində, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər kəndlərdə insanlıq əleyhinə cinayətlərdə şübhəli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG