Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04
Fevralın 25-də müdafiə naziri Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edib.

Bu barədə AzadlıqRadiosuna müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səfər Əbiyev qeyd edib ki, 15 il ərzində diplomatlar Qarabağ problemi ilə bağlı konkret nəticə ortaya qoya bilməyiblər. Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. Müdafiə Nazirinin fikirincə, indi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır:

«İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır».

Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini də təqdim edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG