Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:22

Gül dövlət çevrilişi planlarını müzakirə edəcək


Türkiyədə hərbçilərin dövlət çevrilişi planları fevralın 25-də yüksək səviyyədə müzakirə olunacaq. Prezident Abdulla Gül Baş nazir Rəcəb Tayyib Ərdoğan və Baş qərargahın rəisi İlker Başbuq ilə iclas keçirəcək.

Bu günlərdə Türkiyədə 50-ə yaxın hərbi komandan həbs olunub. Tutulanlar arasında dəniz və hava qüvvələrinin keçmiş rəhbərləri Ozden Ornek və İbrahim Fırtına da var. Hərbçilərin 2003-cü ildə hökuməti devirməyi planladığı bildirilir.

Hərbçilər isə xəbərdarlıq edib ki, onlarla indiki və sabiq hərbçinin həbsi «ciddi vəziyyətdir».
XS
SM
MD
LG