Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05
Global Integrity təşkilatı “Dürüstlük Göstəricisi hesabatı 2009” adlı hesabatını yayıb. Fevralın 24-də yayılan sənəddə 35 ölkədə vəziyyət qiymətləndirilib. Təşkilat ölkələrdə 300 sahə üzrə vəziyyəti öyrənib. Əsas meyar kimi də idarəetmənin keyfiyyəti, korrupsiya əleyhinə mexanizmlər, qanunların aliliyi, media və ictimai təşkilatların vəziyyəti götürülüb.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, ölkədə icraedici hakimiyyət bütün digər hakimiyyət qolları üzərində mütləq üstünlük əldə edib.

Büdcənin qəbulu prosesi, məhkəmə qərarları, polis araşdırmaları, dövlət mülkiyyətində olan müəssislərin idarə edilməsi, daxili dövlət auditi, ombudsman icra hakimiyyətinin təsir dairəsindədir.

Eyni vəziyyət anti-korrupsiya qurumlarına da aiddir. Təşkilatın təhlilçiləri bu qənaətə gəliblər ki, yuxarılardan icazə verilməsə, Korrupsiya ilə Mübarizə üzrə Dövlət Komissiyası problemlərə reaksiya vermir.

Bu Komissiya və Ombudsman siyasi cəhətdən həssas sayılan məsələlərə toxunmağa belə cürət edə bilmir.

Global Integrity onu da qeyd edir ki, maliyyə və iqtisadi sahələrdə bir qədər müsbət informasiyalar da var. Azərbaycan bir biznes təşkilatının qurulması üçün lazım olan müddəti əhəmiyyətli dərəcədə azalda bilib. Auditorlar Palatası hesablama sistemlərini beynəlxalq standartlara yaxınlaşdırır.

Global Integrity ölkədə vətəndaş cəmiyyəti qurumları, icitmai informasiya və media azadlığının vəziyyətini, həmçinin seçkiləri çox zəif qiymətləndirir. Təşkilatın ekspertlərinə görə Azərbaycanda seçici fəallığı, seçkinin dürüstlüyü orta səviyyədədir. Amma siyasi maliyyələşmə olduqca zəifdir.

Hesabatın hazırlanmasında iştirak etmiş ekspertlər xüsusilə hakimiyyət qollarının məsuliyyət dərəcəsinin olduqca aşağı olduğunu deyiblər. Onların qənaətinə görə Azərbaycanda korrupsiya əleyhinə qanunvericilik bazası olduqca güclüdür. Amma anti-korrupsiya qurumları “zəif”, qanunların icrası “zəif”, qanunun aliliyi isə “çox zəif” kimi qiymətləndirilib.

Global Integrity hesabatında Azərbaycanın qonşularından Gürcüstanda ümumi vəziyyəti “orta”, Rusiyada vəziyyəti isə “zəif” qiymətləndirib. Ermənistan isə bu il araşdırmaya cəlb edilməyib.

Təşkilat ABŞ-da və Çində son bir ildə idarəetmə və korrupsiya ilə mübarizə tədbirlərini yüksək qiymətləndirib.

ABŞ-da yerləşən Global Integrity müstəqil təşkilat kimi dünyada idarəetmə, korrupsiya sahəsində məlumatları sintez edir, təhlillər və tendensiyalar haqqında hesabatlar hazırlayır.


Global Integrity - Azərbaycan: Dürüstlük Göstəriciləri
Ümumi qiymət: 64 – “Zəif”

Global Integrity vəziyyəti 0-100 ballıq şkala üzrə qiymətləndirib.
Ballar üzrə qiymətləndirmə siyahısı:
“Çox güclü”: 90 +
“Güclü”: 80 +
“Orta”: 70 +
“Zəif”: 60 +
“Çox zəif”: <60

Sahələr

Orta bal

Qiymət

Hakimiyyət qollarının cavabdehliliyi

50

Çox zəif

İcra hakimiyyətində məsuliyyət dərəcəsi

48

Çox zəif

Qanunverici hakimiyyətdə məsuliyyət dərəcəsi

51

Çox zəif

Məhkəmə hakimiyyətində məsuliyyət dərəcəsi

45

Çox zəif

Büdcə prosesi

58

Çox zəif

Hökumət və ictimai xidmətlər

62

Zəif

İctimai xidmətlər sahəsində tənzimləmənin vəziyyəti

35

Çox zəif

Pozuntular haqqında xəbər vermə

54

Çox zəif

Vasitəçilik

84

Güclü

Özəlləşdirmə

76

Orta

Səhvlət və tənzimləmələr

75

Orta

Milli Ombudsman

88

Güclü

Ali audit institutları

76

Orta

Vergilər və gömrük

75

Orta

Dövlət mülkiyyətində olan müəssisələr

65

Zəif

Biznesin lisenziyalaşdırılması və tənzimlənməsi

69

Zəif

Anti-korrupsiya və qanunun aliliyi

69

Zəif

Korrupsiya əleyhinə qanunvericilik

100

Çox güclü

Korrupsiya əleyhinə qurumlar

64

Zəif

Qanunun icrası

63

Zəif

Qanunun aliliyi

48

Çox zəif

Şərhləri göstər

XS
SM
MD
LG