Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:27

Ötən il Əfqanıstanda 350 uşaq ölüb


Ötən il Əfqanıstanda hərbi əməliyyatlar və terror aktları nəticəsində təxminən 350 uşaq ölüb.

Bu barədə BMT-nin baş katibinin nümayəndəsi Racixa Kumarasvami Kabilə səfəri zamanı bildirib.

BMT-nin məlumatına görə onlardan 153-ü NATO qüvvələrinin keçirdiyi əməliyyatlarda, 128-i isə talibançıların tərətdiyi terror aktları nəticəsində ölüb.

Əfqanıstandakı NATO qüvvələrinin komandanı general Stenli Makkristal BMT rəsmisinə vəd edib ki, hərbçilər əfqan uşaqların müdafiəsində BMT ilə əməkdaşlıq edəcək.
XS
SM
MD
LG