Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:29

Qarabağ münaqişəsinin həlli üçün şans yaranıb


Azərbaycanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli, ikitərəfli əlaqələr, enerji sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Piter Semnebi görüşlərdən sonra jurnalistlərə bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən şans yaranıb, ötən il danışıqlar prosesində inamlı irəliləyiş olub və əgər bu şans itirilsə proses daha da uzana bilər.
XS
SM
MD
LG