Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

«Rəhim Qazıyev günahkar deyil»


Elton Quliyev
Elton Quliyev
«Şuşada olan canlı qüvvə və hərbi texnika ilə hücumun qarşısı alına bilərdi». Əslən Qarabağdan olan vəkil Elton Quliyev belə hesab edir.

Fevralın 24-ü «İşdən sonra»da Qarabağ müharibəsinin qaranlıq qalan məqamlarından danışılıb. Vəkil deyib ki, Şuşanın süqutu ilə bağlı istintaqın ikinci mərhələsi subyektivləşib:

- Hadisələr araşdırılmalı idi. Şuşanın süqutu barədə istintaqın birinci mərhələsi obyektiv aparılsa da, sonradan Rəhim Qazıyevin məsuliyyətə cəlb edilməsi niyyətini güdüb.

XOCALI SOYQIRIMINDA ERMƏNİSTAN RƏHBƏRLİYİNDƏN KİMLƏR GÜNAHLANDIRILIB?


- 1990– cı ildə DİN bir briqada təşkil etmişdi. Bu briqada müharibənin yavaş-yavaş qızışdığı bir dövrdə Xankəndiyə getmişdi. Biz Xankəndində oturub, pasport rejimini yoxlayırdıq. O zaman bu gün Ermənistan rəhbərliyində olanların hamısı Qarabağda separatçılara rəhbərlik edən adamlar idi. Nəzərdən qaçırmaq lazım deyil ki, prokurorluq bütün gücünə və qabiliyyətinə baxmayaraq bu soyqırımı edən separatçı qüvvələrə kimin rəhbərlik etdiyini mötəbər və təkzibolunmaz sübutlarla təsdiq edə bilmir. Çünki sübutların toplanmasında obyektiv çətinliklər var

RƏHİM QAZIYEV GÜNAHKAR DEYİL

Elton Quliyevin fikrincə, Rəhim Qazıyev Şuşanın süqutunda günahkar deyil:

- Bu on ildə onun cinayətkar, vətən xaini kimi qələmə verilməsi davam edib. Heç kim də onu müdafiə etməyib. O həbsxanadan mənə məktub yazmışdı ki, mənim işimi oxu, əgər günahkar olsam onda bu işi götürmə. Əgər cinayət işində məni günahkar bilməsən, müdafiə et. Mən o materiallarla tanış oldum. Gördüm ki, Rəhim Qazıyev günahkar deyil. Bu, siyasi motivli iddiadır. Şuşa tort parçası deyil ki, Rəhim Qazıyev kiməsə bağışlasın. Şuşanı boşaltmaq, vermək istəməyən sona qədər müdafiə edərdi.

QARABAĞ MÜHARİBƏSİNİN ƏN SİRLİ MƏQAMLARI İLƏ TANIŞ OLMAQ ÜÇÜN DİNLƏYİN.
XS
SM
MD
LG