Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Ağstafadan çıxış yoxdur


Neft dolu çənlər
Neft dolu çənlər
Ağstafanın rayon mərkəzindən başqa kəndlərinə gedən dəmiryol xətləri 3 aya yaxındır ki, ancaq neft dolu çənləri daşıyır. Bu istiqamətdə sərnişin qatarlarının hərəkətinə qadağa qoyulub. Bundan əziyyət çəkən rayon sakinləri hətta rayon mərkəzinə gedə bilmədiklərini deyirlər:

«Yollar bərbad vəziyyətdədir zülmlə, əziyyətlə maşına minirik. Yarım saatlıq yolu 3 saata gedib çıxırıq. Avtobus işləyir gündə bir dəfə. Ona da minmək qeyri mümkündür. Bir avtobusa birdən 100 nəfər minə bilərmi?»

ÖLÜNÜ «KAMAZ»LA APARIRLAR

«Elektriçkamız işləyirdi. Gəncədən gəlirdi, gedirdik rayonda işimizi görürdük, qayıdırdıq. Heç kəs də maraqlanmır bizlə. Yollarda dəhşət, yağış yağanda çıxmaq qeyri mümkündür. Gərək bir əlində təmiz çəkmən ola, bir əlində də qaloş».

«Qatar açılmayıb, nə zülmlə gəzirik. Yollar nə vəziyyətdədir, getmək mümkün deyil».

«Harda görünüb ölü «kamaz»la gedə basdırılmağa. Yol olmadığı üçün ölü «kamaz»la gedir basdırılmağa».

«Rayondan avtobus sürücüləri gəlmir bura, deyir avtobusumuz qırılır. Bir dənə avtobusun ümidinə o da nə qədər adam tutar ki?»

10 KƏNDƏ 1 AVTOBUS

Sakinlər deyir ki, təxminən 10 kənd arasında cəmi 1 avtobus işləyir. Adam çox olduğundan rayon mərkəzinə gedəndə axşamadək yollarda gözləməli olurlar. Sakinlər elə bu səbəbdən sərhədi keçib, Gürcüstandan ərzaq gətirməyə getdiklərini deyirlər. Sərhəddəki son vaxtlar baş verən narazılıq onları lap çarəsiz qoyub:

«Əziyyət çəkirik, yol yox, bir şey yox. Bir qatar idi, onu da dayandırdılar. Nə Ağstafaya gedə bilmirik, nə də Gürcüstana».

AĞSTAFALILAR GÜRCÜSTANDAN BAZARLIQ EDİR

«Minik yox, camaat əziyyət çəkir, yollarımız xarabdır»
«Minik yox, camaat əziyyət çəkir, yollarımız xarabdır. Nə qədər belə əziyyət çəkmək olar. Ağstafaya gedə bilmirik. Gündə bir dənə avtobus işləyir. elektriçka gəlirdi onu da dayandırıblar. Məcburuq Gürcüstana gedək».

«Əziyyətimiz odur ki, seksiyanı buraxmırlar öz Ağstafamızda gedək bazarlıq edək. Rayona gedəndə axşama qalırıq. Niyə buraxmırlar seksiyanı, yazıq deyilikmi».

«Yollarımız bərbad haldadır gedib gələ bilmirik. Gedib öz rayonumuzdan bazarlıq edərdik də. Niyə Gürcüstana keçirik? Yaxın kənddir, öz rayonumuza ya Qazağa gedərdik…Niyə gedək ki, Gürcüstana niyə gedək ki, Qardabana?»

MARTA KİMİ AÇILACAQ

Ağstafa rayon Dəmiryol Stansiyasının rəis müavini Osman Salmanov deyir ki, qatarlar 3 aydır ki, fəaliyyət göstərmir, bu tapşırıq Dövlət Dəmiryol İdarəsindən verilib:

«Yuxarı yoldan bağlayıblar, neçə aydır gəlir bizdə dayanır. Stansiya Ağstafanın özündə gəlir dayanır. Bir də yenidən tərpənir Gəncəyə. Bizdən o tərəfə 4 dənə dayanacaq var. Hərəsində də heç olmasa 5-6 kənd var. Əhali yalnız qatarla gedib gəlirdi indi ancaq marşrutla işləyir. Heç bir səbəb göstərmədilər, dedilər yola xeyir eləmir, yəni bizlik deyil. Deyiblər guya marta kimi açılmalıdır. Tarifin qalxması haqda heç bir şey yoxdur».

DEPARTAMENTƏ MÜRACİƏT EDİLSƏ...

Ağstafa rayonuna nəzarət edən Tovuz rayon Nəqliyyat Departamentinin rəisi Vüqar Hacıyev deyir ki, həqiqətən də Ağstafanın mərkəzindən kəndləri istiqamətində çox az avtobus hərəkət edir, sərhəd kəndlərə isə cəmi 2 avtobus gedir.
Amma Vüqar Hacıyev bildirir ki, əgər tələbat ödənilmirsə, kənd icra nümayəndəsi departamentə problemlə bağlı müraciət etsin və lazımi tədbirlər görülsün.
XS
SM
MD
LG