Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:49

Afinada kütləvi etiraz nümayişi keçirilir


Yunanıstanda hökumətin gördüyü iqtisadi tədbirlərə etiraz olaraq ümummilli tətil və kütləvi nümayişlər keşirilir.

Ölkə paytaxtı Afinada 20 mindən çox etirazçı yürüş edərək parlament binasının qarşısına yığışıb.

Nümayiş ümumilkdə dinc olsa da bir qrup gənc polisi daşa basıb, polis isə gözyaşardıcı qazdan istifadə etməli olub.

Tətilə görə ölkədə təyyarə reysləri təxirə salınıb, nazirliklər və təhsil ocaqları bağlanıb, soaial xidmətlər dayandırılıb.

Tətili iki böyük həmkarlar ittifaqı təşkil edib.

İqtisadi böhrandan çıxmaq üçün hökumətin qəbul etdiyi tədbirlərdə xüsusilə, əməkhaqlarının dondurulması, vergilərin artırılması və pensiya həddinin 61-yaşdan 63-ə qaldırılması nəzərdə tutulur.
XS
SM
MD
LG