Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:01
Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 24-də keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-2011 tədris ilində ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilib.

Belə ki, bu qruplar xarici dil kimi rus dilini də seçə bilərlər:

«2-ci qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. İkinci ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb».

3-cü qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. Məleykə Abbaszadənin sözlərinə görə, artıq Azərbaycan bölməsi üzrə üçüncü ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.

TQDK sədri deyib ki, orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmaq istəyən abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Hərbi liseylərə qəbul olunmaq istəyənlər isə Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verəcəklər.

Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında təkcə qapalı tipli test tapşırıqlarından yox, açıq tipli test tapşırıqlarından da istifadə etmək planlaşdırılır.

Ali və orta ixtisas Məktəblərinə sənəd qəbuluna isə aprel ayında start veriləcəyi nəzərdə tutulub. Amma Məleykə Abbaszadə deyir ki, sənəd qəbuluna mart ayında da başlana bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG