Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Prezident Piter Semnebini ilə görüşüb


Prezident İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.

Görüşdə Azərbaycanın Avropa Birliyi ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri «Azərtac» yayıb.

P. Semnebi AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Bakıda görüşlərdə əvvəllər olduğu kimi bu dəfə də insan hüquqlarının, media azadlığının vəziyyəti müzakirə olunacaq.

Semnebi bildirib ki, həbsdə olan bloqçuların vəziyyəti də onların gündəliyində ilk sıralardan birindədir.

Dünən başlayan səfər bu axşam başa çatır.
XS
SM
MD
LG