Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:29
2010-cu ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalının keçirilməsi planlaşdırılır. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edəcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Plana görə, Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub.
Tədbirlərin təşkili üçün Təşkilat Komitəsi yaradılıb və tənqidçilər qrupunun tərkibi təsdiq edilib.

Milli Teatr Festivalı «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramında respublika və beynəlxalq festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG