Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:32

BMT yenidən Qəzza münaqişəsini araşdıra bilər


BMT yenidən İsrail və Fələstini Qəzza münaqişəni araşdırmağı tələb edə bilər.

Bu məsələ BMT Baş Assambleyasının fevralın 26-da keçiriləcək iclasında müzakirə ediləcək.

Bu ayın əvvəlində tərəflər 2008-ci il münaqişəsi ilə əlaqədar BMT ekspertlərinin nəticələrinə dair öz araşdırmalarını təqdim etməli idilər. BMT ekspertləri Qəzzadakı hərbi cinayətlərə görə həm İsrail, həm də Fələstin Muxtariyyatını günahlandırır.

2008-ci ilin dekabrında Qəzzada hərbi əməliyyatlar nəticəsində 1400 fələstinli, 13 israilli ölüb.

İsrail bildirir ki, əməliyyata səbəb HƏMAS yaraqlılarının mütəmadi raket zərbələri endirməsi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG