Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:10

Yunanıstanda tətildir


Fevralın 24-də Yunanıstanda ölkə boyu tətil elan olunub. Tətil səbəbindən məktəblər, xəstəxanalar bağlanacaq, ictimai nəqliyyatın hərəkətində problem yaranacaq.

Paytaxt Afinada minlərlə adamın parlament binasına yürüş edəcəyi planlaşdırılır.

Aksiyanı özəl və dövlət sektorunun həmkarlar təşkilatları təşkil edib.

Yunanlar ölkədə böhran əleyhinə tədbirlərin bir hissəsi olaraq vergilərin artırılması və əmək haqlarının dondurulmasına etiraz edirlər.

Maliyyə naziri Corc Papakonstantinou dünən deyib ki, ola bilsin hökumət büdcə defisitini azaltmaq üçün əlavə tədbirlər barədə düşündü.

Yunanıstanın maliyyə böhranı son həftələr Avronun da məzənnəsinin enməsinə səbəb olub.
XS
SM
MD
LG