Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:00

ABŞ-ın İrana görə «səbri tükənir»


ABŞ İranı mübahisəli nüvə proqramı ilə əlaqədar xəbərdarlıq edərək bildirib ki, «vaxtı və səbri bitir». Ağ Evin sözçüsü Robert Qibbs İranı uranı zənginləşdirməkdə davam edəcəyi halda qarşılaşacağı nəticələrlə xəbərdarlıq edib.

Fevralın 23-də Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə ilk rəsmi məktub göndərib. Məktubda deyilir ki, İran az zənginləşdirilmiş uranını nüvə yanacağı ilə dəyişməyə hazırdır. Ancaq bu proses gərək İran ərazisində baş tutsun.

Qərb dövlətləri bu əməliyyatın xaricdə keçirilməsini təklif edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli də bu təklifi «qəbul edilməz» adlandırıb.
XS
SM
MD
LG