Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

Qeyts Avropadan orduya daha çox pul istəyir


ABŞ-ın Müdafiə naziri Robert Qeyts bildirib ki, NATO alyansı böhran içindədir. Çünki Avropa ölkələri son illər müdafiə sahəsinə investisiya qoymurlar. Nazir deyib ki, büdcə çatışmazlıqları Şimali Atlantika Razılaşması Təşkilatının (NATO) Əfqanıstanda apardığı hərbi əməliyyatlarda hər güz daha ciddi şəkildə özünü göstərir.

Robert Qeyts hesab edir ki, Avropa cəmiyyətləri NATO-nin prioritetlərinin həyata keçirilməsi, ordunun rolunun nə olması barədə daha aydın fikrə gəlməlidirlər.

Bu gün Vaşinqtonda NATO zabitləri və rəsmiləri ilə görüşündə Qeyts xəbərdarlıq edib ki, alyans uzunmüddətli sistem problemləri ilə üz-üzədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG