Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Generallar yalnız “durumu dəyərləndirdik” dedilər


Türkiyə Silahlı Qüvvələrinin bütün ordu generalları və admiralların işitrakı ilə fevralın 23-də toplantı keçirilib. Ordudan yayılan rəsmi məlumatda qısaca bir belə məlumat verilir: "İstanbul Cumhuriyət Baş Prokurorluğunda aparılan bir istintaqla bağlı ortaya çıxan ciddi vəziyyət dəyərləndirilib."

Amma dəyərləndirmənin nədən ibarət olduğu haqqında heç bir söz deyilmir.

Bir gün əvvəl – fevralın 22-də ordunun 50-ə yaxın ordu yüksək rütbəli keçmiş hazırkı zabiti istintaqa cəlb olunub. Onlar dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Həbs olunanların azı 14-ü indiki və keçmiş yüksək səviyyəli ordu zabitidir.

Prokurorluq bildirib ki, hərbçilər 7 il əvvəl qarışıqlıq yaratmaq məqsədilə partlayışlar törətməyi planlaşdırırmış.

İki ildir prokurorluq «Ergenekon» şərti adı verilən qrupun çevriliş planlarını araşdırır, hələ ki, heç kimə hökm oxunmayıb.Tənqidçilərin fikrincə hökumət gizli sövdələşmə ilə bağlı məlumatlardan istifadə edib müxalifətin müqavimətini qırmağa çalışır.

Türkiyədə 1960-cı ildən 1997-ci ilə qədər 4 həbrbi çevriliş olub. Ona görə də budəfəki hadisəyə ordunun rekasiyası maraqla izlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG