Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:17

İqor Ponomaryov prezidentin fəxri diplomunu aldı


Prezident İlham Əliyev Azərbaycanın məşhur futbolçu və məşqçisi İqor Panamaryovu “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bu gün imzalanan sərəncamda onun Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bu mükafata layiq görüldüyü qeyd edilir.

Fevralın 24-də İqor Panamaryovun 50 yaşı tamam olur. O, “Neftçi” klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli “Norçepinq” komandasında çıxış edib.

Baş məşqçi karyerası ərzində isə Ponomaryov Azərbaycan yığması, “Qarabağ” və “Xəzər-Lənkəran”, eləcə də Rusiyanın “Maşuk-KMV” komandalarına rəhbərlik edib.
XS
SM
MD
LG